Rusiyada vətəndaşlar və biznes üçün - KREDİT TƏTİLLƏRİ BAŞLADI – QAYDALAR

Rusiyada vətəndaşlar və biznes üçün - KREDİT TƏTİLLƏRİ BAŞLADI – QAYDALAR

Rusiyada koronavirusun təsirini azaltmaq üçün vətəndaşlar və biznes üçün kredit tətilləri başlayıb.

FED.az xəbər verir ki, prezident Vladimir Putinin qərarına görə, vətəndaşlar, kiçik və orta biznes üçün kredit ödənişi üçün tətil veriləcək. Yeni qanuna əsasən, pandemiya nəticəsində gəlirləri 30%-dən artıq azalan şəxslərə kredit tətiti veriləcək.

Güzəşt dövründə bu şəxslər hər kreditin əsas hissəsinin, həm də faizlərin ödənilməsindən azad edilirlər. Kredit təşkilatları isə bu müddətdə, vətəndaşlara cərimə hesablaya, eləcə də, kredit vaxtından əvvəl ödəməyi tələb edə bilməzlər. Amma vətəndaş özü istəsə, krediti vaxtından əvvəl ödəyə bilər.

Kredit tətili götürmək istəyən borclular sentyabrın 30-dən banklara müraciət edə bilərlər. Bu zaman onlar, pandemiya nəticəsində gəlirlərinin azaldığını sübut etmək üçün gəlirləri haqqında arayış, reyestrdən çıxarış və başqa sənədlər təqdim etməlidirlər.

Mənbə: fed.az