Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq üçün şərtini açıqladı

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq üçün şərtini açıqladı

Səudiyyə Ərəbistanı sutkalıq neft hasilatını azaltmaq üçün şərtini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, beynəlxalq iqtisadiyyat və neft bazarı üzrə məşhur səudiyyəli ekspert Məhəmməd əs-Sabbanın sözlərinə görə, ölkəsi hasilatın azaldılması ilə bağlı məsələdə yalnız digər ölkələrin, ilk növbədə Rusiyanın iştirakı olarsa, güzəştə gedəcək.

“Səudiyyə Ərəbistanı hasilatı azaltmağa hazırdır. Bir şərtlə ki, Rusiya başda olmaqla digər istehsalçı ölkələr də bu addımı atsın”, - deyə əs-Sabban bildirib.

Xatırladaq ki, KİV-də OPEC+ ölkələrinin aprelin 6-da keçiriləcək iclasında neft hasilatını sutkalıq 10 milyon barrel azaltmaqla bağlı razılığa gələcəyi haqda məlumatlar dərc olunub.

Mənbə: qafqazinfo.az