Putindən həyəcan: Böyük risklə üz-üzəyik!

Putindən həyəcan: Böyük risklə üz-üzəyik!

Qlobal enerji bazarında vəziyyət qarmaqarışıq olaraq qalır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Koronavirus pandemiyası demək olar ki, bütün qlobal iqtisadiyyata təsir etdi. Xüsusilə, nəqliyyat, sənaye və bəzi digər sahələrdə istehlakçı tələbinin sərt şəkildə enməsinə və azalmasına səbəb oldu. Bu vəziyyət neft sektorunun maliyyə və iqtisadi sabitliyinə təsir edərək, investisiya proqramlarını pozur və məşğulluq sahələrinə mənfi təsir göstərir. Başqa narahatedici durum isə bütün bunların yüksək texnoloji və hətta qlobal risklərə çevrilə bilməsidir. Bunu unutmamalıyıq”, - deyə Kreml rəhbəri bildirib.

Mənbə: axar.az