Daşkənddə qocalara və aztəminatlı ailələrə yardım mərkəzi yaradılıb

Daşkənddə qocalara və aztəminatlı ailələrə yardım mərkəzi yaradılıb

Daşkənd, 4 aprel, АZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənd şəhərində qocaları və aztəminatlı ailələri ərzaq məhsulları və dərman vasitələri ilə təmin etmək üçün Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb.

AZƏRTAC xəbər verir ki, Daşkənddəki 514 məhəllədə yaşayan qocaların və aztəminatlı ailələrin siyahısı tutulub. Mərkəzə 100 könüllü cəlb olunub və ilk iş günündə 1996 nəfərə zəruri ərzaq məhsulları və dərman preparatları çatdırılıb.

Mərkəz bu aksiyanı Özbəkistan hökuməti, Daşkənd şəhər hakimiyyəti və sponsorların vəsaiti hesabına həyata keçirir. Aksiya ölkədə karantin rejimi başa çatanadək davam edəcək.

Yaxın günlərdə ölkənin vilayətlərində də belə aksiyaların keçirilməsi nəzərdə tutulur.

Mənbə: azertag.az