Azərbaycandan “od qiymətinə” olan zəncəfil bu ölkədə pulsuzdur - FOTO-FAKT

Azərbaycandan “od qiymətinə” olan zəncəfil bu ölkədə pulsuzdur - FOTO-FAKT

Koronavirusun bu qədər sürətlə yayılması insanların təşvişə düşməsinə və müxtəlif yollarla bu xəstəliyə çarə axtarmaqlarına səbəb olur.

Ekspertlər bildirirlər ki, xəstəliyə qalib gəlmək üçün öncə immunitet sistemi gücləndirilməlidir. İmmuniteti gücləndirilən və virusları yox edən antibakterial təbii vasitələr arasında bir sıra məhsulların istifadəsi tövsüyyə edilir. Bu sırada sarımsaq, soğan, zəncəfil kimi bitkilər var. Hazırda Azərbaycanda zəncəfilin qiyməti bahalaşıb.

Maraqlıdır ki, bir sıra ölkələrdə fürsətcil işbazlar insanların ehtiyacların yararlanaraq süni qiymət artımı yaratmırlar.

Beləki şimal qonşumuz Rusiyada zəncəfil pulzuzdur. Sosial şəbəkələrdə yayılmış bu fotodan aydın olur ki, Rusiya Federasiyasına daxil olan Dağıstanın Dərbənd şəhərində supermarketlərdə zəncəfil insanlara pulsuz verilir.

Qeyd edək ki, Azərbaycanda koronavirus epidemiyasından öncə kiloqramı 6 manata olan zəncəfil hazırda 45 manat 90 qəpikdir.

Tünzalə
Cebhe.info

 

 

Mənbə: cebhe.info