Neft bahalaşmasa Azərbaycanı nə gözləyir? - TƏHLİL

Neft bahalaşmasa Azərbaycanı nə gözləyir? - TƏHLİL

Xeyli müddətdir, Azərbaycanın ixrac etdiyi neftin qiymətiucuzlaşır. Nəticədə Azərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neftin qiymətitarixdə ən aşağı səviyyə olan 16,5 dollara düşüb. Buna qədər ən aşağı qiymətgöstəricisi 2001-ci ilin dekabrında qeydə alınmışdı. Həmin dövrdə Azərbaycan neftnin qiyməti 19,5 dollar olmuşdu.

Sfera.az xatırladır ki, neftin bu dərəcədə ucuzlaşmasıkoronavirus pandemiyasının yaranması ilə bağlıdır. Dünyanın 195-dən çox ölkəsindəvirus yayılıb və ölkələr ona qarşı mübarizə məqsədilə karantin rejimi tətbiqedib. Karantin rejiminin tətbiqi iqtisadiyyatlarda aktivliyi aşağı salıb və nəticədəneft alışı kəskin şəkildə aşağı düşüb.

Koronavirusun yayılma arealının kiçildilməsi məqsədiləinsanların hərəkətinə məhdudiyyət qoyulduğundan nəqliyyat vasitələrindənistifadə xeyli azalıb. Buna görə neftə tələb də kifayət qədər azalıb. Çünkihasil edilən neftin təxminən 80 faizi nəqliyyat vasitələri üçün yanacaqistehsalında istifadə edilir. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən,koronavirus pandemiyasına qədər dünyada hər gün 100 milyon barel neftalınırdısa, hazırda bu göstərici 80 milyon barelə, qarşıdakı aylarda isə hətta70 milyon barelə enəcək. Qısa müddətdə neft istehlakı 20 faiz azaldığı haldaneft hasilatı 96-97 milyon bareldə sabit qalıb. Neft istehlakının azalmasıfonunda onun hasilatının azalmaması neft qiymətlərinin kəskin enməsinə səbəbolub.

Neftin indiki qiyməti heç bir istehsalçıya sərf etmir.Elə bir vəziyyət yaranıb ki, istehsalçılar nefti sata bilmək üçün onu dahaaşağı qiymətə təklif edirlər. Azərbaycan da eyni vəziyyətlə üzləşib. ƏvvəllərAzərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neft "Brent” markalı neftdəndaha baha satıldığı halda son günlərdə yaranmış yeni bazar şərtləri ilə əlaqədarolaraq daha ucuz satmağa məcburdur. Məsələn, aprelin 1-də "Brent” neftinin qiyməti24-25 dollara satıldığı halda "Azeri Light” markalı neftin bir bareli 16,5dollara satılıb. Halbuki, əvvəllər "Brent” nefti 55 dollara satılanda "AzeriLight” markalı neft 57 dollara alıcı tapırdı. Yaranmış vəziyyət ölkəmizin neftixracından gəlirlərinin sıfıra yaxınlaşmasına səbəb olub. Ona görə də hazırdaAzərbaycanın hasil edib, Ceyhan limanına çatdırdığı neftin bir bareli 15dollara başa gəlir. İndiki qiymətlər maya dəyərinə yaxındır və Azərbaycan neftixracından əvvəlki dövrlə müqayisədə dəfələrlə az gəlirə sahib olur

Neft qiymətlərinin minimuma düşməsi bütün iri nefthasilatçılarını uclaşmaya vadar edir. ABŞ Prezidenti Donald Tramp vəziyyətinağırlığını nəzərə alaraq ayrı-ayrılıqda Rusiya və Səudiyyə Ərəbistanı liderləriilə neftin qiymətini müzakirə edib. Trampın açıqlamasına görə bu ölkələrinliderləri hasilatın azaldılması məsələsində razılığa gəliblər. Neft İxrac edənÖlkələr Təşkilatı (OPEC) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə "OPEC+"(OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalınınazaltması üzrə təşəbbüs) çərçivəsində danışıqlara hazırlıq prosesini işə salıb.Görüşün gələn həftə baş tutması gözlənilir. Bu məsələ ilə əlaqədar ölkələrlədanışıqlara başlanılıb.

Azərbaycan Energetika Nazirliyi isə açıqlama verib ki,neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında OPEC və qeyri-OPECölkələri nazirlərinin görüşü olacaq. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərininiştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdətutulur.

Qeyd edək ki, bundan öncə də OPEC və OPEC+ ölkələrihasilatın azaldılması ilə bağlı müzakirə aparmışdı, lakin razılıq əldə edilməmişdi.Bu dəfə də razılığın əldə edilib-edilməyəcəyi dəqiq bilinmir. Razılıq əldəedilməsə, neft bahalaşmayacaq və ən yaxşı halda indiki səviyyədə qalacaq. Ohalda iqtisadiyyatı neft pullarından asılı olan ölkə kimi Azərbaycanı gərgingünlər gözləyəcək.

Bəs, neft bahalaşmasa Azərbaycanı nə gözləyir?

Neft bahalaşmasa ilk növbədə Azərbaycaniqtisadiyyatında maliyyə tarazlığı pozulacaq. Çünki neft ucuzlaşanda ölkədən çıxan dollar, ölkəyə gələndollardan çox olur. Bu vəziyyətdə ölkənin maliyyə resursları, valyutaehtiyatları azalmağa başlayır. Bunun davamlı olmaması üçün ölkədən dollarçıxışı azaldılmalıdır. Bu məqsədlə ən optimal və tez effekt verən yol millivalyutanın ucuzlaşdırılmasıdır. Milli valyuta ucuzlaşanda ölkədə dollar almaq çətinləşirvə beləliklə, ölkədən dollar çıxışı azalır. Əgər neft qiyməti indiki səviyyədəqalarsa, iqtisadi tarazlıq üçün manatın ucuzlaşdırılması şərt olcaq

Neftin qiymətinin indiki səviyyəsi Dövlət NeftFondunun vəsaitini də azaldır. Bu qiymətlərlə Fondan çıxan pul, Fonda daxil olanpuldan çox olacaq. Belə ki, dövlət büdcəsini icra etmək üçün hər il Fonddan müəyyənməbləğdə vəsaitin büdcəyə köçürülməsi nəzərdə tutulur. Köçürüləcək vəsaitin məbləğimüəyyən edilən zaman əvvəlcədən neftin qiyməti təxmin edilir. 2020-ci il üçün55 dollar təxmin edilmişdi. Neftin faktiki qiyməti təxmin edilən qiymətdən çoxaşağı olmadıqda dövlət büdcəsinə köçürülən pula görə Neft Fondunun vəsaitləriazalmır. Faktiki qiymət təxmin edilən qiymətdən xeyli az olduqda isə dövlətbüdcəsinə transfertə görə Neft Fondunun vəsaiti kəskin azalır. Belə azalma zərərlidirvə onun qarşısını almaq üçün təcili tədbir kimi manat ucuzlaşdırılmalıdır.

Beləliklə, neftin qiyməti indiki səviyyədə uzunmüddət qalarsa, həm iqtisadiyyatda maliyyə tarazlığını qorumaq üçün, həm dəNeft Fondunun vəsaitlərinin davamlı azalmaması üçün dollar/manat kursu dəyişdirilməlidir.Neftin indiki qiymətlərində dolların 2,3-2,5 manata qədər bahalaşdırılması dahaməqbul olacaq.

Vasif

Sfera.az

Mənbə: sfera.az