Putindən gözlənilməz təklif gəldi

Putindən gözlənilməz təklif gəldi

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya dövlət başçısı Vladimir Putin neft qiymətlərinin qalxması üçün təklif irəli sürüb.

Prezident vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi üçün böyük neft şirkətləri neft istehsalını azaltmalıdırlar.

"ABŞ və Səudiyyə Ərəbistanı gündəlik 10 milyon barel azaltmalıdırlar. Bu neft qiymətlərinin qalxmasına səbəb olacaq", - deyə Vladimir Putin diqqətə çatdırıb.

O, qeyd edib ki, Rusiya ABŞ və Səudiyyə Ərəbistanı ilə bu barədə əməkdaşlıq etməyə hazırdır.

Mənbə: TASS

Mənbə: eastnews.org