Putin xəbərdarlıq etdi: Dünya bazarında neft qıtlığı yarana bilər

Putin xəbərdarlıq etdi: Dünya bazarında neft qıtlığı yarana bilər

Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, qlobal enerji bazarında vəziyyət aradan qaldırılmazsa, yaxın gələcəkdə dünyada neft qıtlığı dövrü başlaya bilər.

“Ölkə.Az” “lenta”ya istinadən xəbər verir ki, Putin belə bir xəbərdarlıqla aprelin 3-də qlobal enerji bazarlarında yaranmış durumla bağlı keçirdiyi onlayn müşavirədə çıxış edib.

“Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına öz təsirini göstərdi və nəticədə neftə olan tələbat kəskin azaldı. Neftə olan tələbat təbii ki, zamanla bərpa olunacaq. Ancaq o zaman qlobal enerji bazarı resrus və neft qıtlığı ilə üzləşə bilər. Bu durum texnoloji və ekoloji risklər yarada bilər”- Putin deyib.

Neftin gələcək qiyməti ilə bağlı məsələyə toxunan Putin deyib ki, Rusiya neftin bahalamasının da, ucuzlaşmasının da əleyhinədir. “Neftin bir barelinin 42 dollar olması bizim üçün məqbuldur. Büdcəmizi də bu səviyyəyə uyğun müəyyən etdiyimizə görə bu qiyməti məqbul hesab edirik.

Putin qlobal enerji bazarında yaranmış durumla əlaqədar olaraq ABŞ və Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu da bəyan edib.

Neft hasilatının azaldılmasına toxunan Putin deyib ki, burada gündəlik neft hasilatının 10 milyon və ya bir az da çox azaldılmasından gedir.

Səudiyyə Ərəbistanının neftin kəskin ucuzlaşdırmasının səbəbini açıqlayan Putin deyib ki, biz Səudiyyə Ərəbistanının yaxşı anlayırıq. “Səudiyyə Ərəbistanı slnas nefti istehsal edən rəqiblərindən xilas olmaq üçün belə bir addımı atdı: “Bunun üçün neftin bir barelinin qiymətinin 40 dollardan aşağı olması lazımdır. Bizim buna ehtiyacımız yoxdur və nə də belə bir hədəfimiz olmadı. Bu məsələdə Səudiyyə Ərəbistanı və ABŞ-la təmasdayıq”.

Qeyd edək ki, aprelin 6-da qlobal enerji bazarında yaranmış durumla əlaqədar olaraq OPEK+ ölkələrinin toplantısının keçirilməsi gözlənilir.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az