Rusiyada kredit ödənişlərindən möhlət verilməsinə dair qanun imzalandı

Rusiyada kredit ödənişlərindən möhlət verilməsinə dair qanun imzalandı

Rusiya prezidenti Vladimir Putin koronavirusun təsirinə məruz qalan vətəndaşlara, fərdi sahibkarlara, eləcə də kiçik və orta biznes fəaliyyətilə məşğul olanlara kredit möhləti verilməsinə dair qanun imzalayıb.

Ens.az saytı bildirir ki, Qanun layihəsi prezidentin göstərişi ilə Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə birlikdə deputatlar tərəfindən hazırlanıb. Martın 25-də Putin, koronavirusun yayılması fonunda gəlirləri 30 faizdən çox azalan borcalanlar üçün istehlak və ipoteka kreditlərində möhlət tətbiq edilməsini təklif etmişdi.

Karantinlə əlaqədar olaraq tətil günlərində cərimələr və faizlər tutulmayacaq, vaxtından əvvəl ödəniş tələb oluna bilməz, girov və ya ipoteka predmeti üzrə cəzaların tətbiqi həyata keçirilə bilməz.

Öz növbəsində borcalan borcu vaxtından əvvəl qaytarmaq hüququna malikdir.

Qanuna görə, sənəd qüvvəyə minməmişdən əvvəl kredit fiziki şəxslər və fərdi sahibkarlar əvvəlki aydakı gəlirləri keçən ilin orta aylıq gəlirləri ilə müqayisədə 30 faiz və ya daha çox azalıbsa, sentyabrın 30-dək altı aya qədər möhlət üçün müraciət edə bilərlər.

Kiçik və orta sahibkarlıq subyektləri də hökumətin müəyyən etdiyi sektorlarda fəaliyyət göstərdikləri təqdirdə, güzəşt müddəti üçün müraciət etmək hüququna malikdirlər.

Banklar müraciətlərə beş gün ərzində baxmalıdır.

Mənbə: www.ens.az