Çində istehsalçıların vergi yükü azalıb

Çində istehsalçıların vergi yükü azalıb

2020-ci ilin ilk iki ayında Çində azaldılmış vergi və yığımların məbləği təxminən 403 milyard yuan (57 milyard dollar) olub. Ölkənin Baş Dövlət Vergi İdarəsinin nümayəndəsinin rəsmi açıqlamasına əsasən, koronavirus epidemiyasının yayılmasına qarşı profilaktika və nəzarət tədbirlərinin iqtisadi təsirlərinin azaldılması ilə bağlı tətbiq olunan güzəştlərlə 159 milyard yuana (22,5 milyard) qədər vəsaitə qənaət etmək mümkün olub. Təxminən 244 milyard yuan (34,5 milyard dollar) qənaət isə 2019-cu ildən başladılan irihəcmli kampaniyanın – vergi yükünün azaldılmasının hesabına yaranıb.

Mənbə: vergiler.az