İqtisadçılardan Ruhaniyə xəbərdarlıq: "Ölkəni sosial etirazlar bürüyə bilər"

İqtisadçılardan Ruhaniyə xəbərdarlıq: "Ölkəni sosial etirazlar bürüyə bilər"

GünAz TV: İranlı 50 iqtisaqçı prezident Həsən Ruhaniyə göndərdikləri məktubda koronavirusdan doğan mövcud vəziyyətin 1399-cu ilin (21 mart 2020- 21 mart 2021) ikinci yarısında sosial etirazlara təkan verə biləcəyini barədə xəbərdarlıq edib.

Onlar həmçinin qeyd ediblər ki, pandemiya durğunluğun artması, istehsal və iqtisadi inkişaf tempinin azalması, kasıblıq həddinin və büdcə kəsrinin dərinləşməsi, eləcə də inflyasiya həddinin daha da yüksəlməsi kimi digər iqtisadi fəlakətlərə də yol açacaq.

Onlar sosial etirazların qarşısını almaq üçün prezidentə bahar ayları ərzində iki dəfədən çox olmayaraq, hər bir vətəndaşa qida ehtiyacını təmin etmək üçün 1 milyon tümən kredit verməyi təklif ediblər.

İqtisadçılar həmçinin Ruhanidən yaranmış böhrandan zərər çəkənlər və kasıblıq həddində nəzərdə tutulmuş ən aşağı 3 kateqoriyaya daxil olan insanlara subsidiyaların verilməsini istəyiblər.

Emalatxanalara koronavirus səbəbindən dəymiş ziyanın yarısının ödənməsi, müxtəlif müəssisələrə kredit xəttlərinin ayrılması, sahibkarların sığorta və vergi ödənişlərinin müəyyən müddətə qədər təxirə salınması 50 iqtisadçının İran prezidentinə irəli sürdüyü digər təkliflər arasındadır.

Ə.A

Mənbə: www.gunaz.tv