Meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslər necə icazə almalıdırlar?

Meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslər necə icazə almalıdırlar?

Bu gün kölgə iqtisadiyyatında fəaliyyət göstərən bir sıra təşkilatlar var. Hazırda bu şirkətlər zəng edərək etiraf edirlər ki, rəsmi, xidməti müqavilə olmadan işçi işlədirlər

BAKI, 4 aprel — Sputnik. Meyvə-tərəvəz satışı ilə məşğul olan VÖEN sahibləri polis tərəfindən saxlanılarkən nə etməlidirlər, yaxud da satışı nəzərdə tutulan meyvə-tərəvəzin daşındığı avtomobilə görə necə icazə alınmalıdır?

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov ASAN Radio-da canlı yayımda ikən bu sualları cavablandırıb. O bildirib ki, bu suallarla əlaqədar olaraq VÖEN sahibləri 9108-ə müraciət etməlidirlər. Bu zaman VÖEN araşdırılacaq.

Bunun üçün mütləqdir ki, VÖEN səlahiyyətli olsun. VÖEN səlahiyyətlidirsə, bu zaman hüquqi şəxs yaratmadan da fiziki şəxslər qeyd olunan portalda öz icazələrini alaraq fəaliyyət göstərə biləcəklər: "Burada əsas məsələ odur ki, bu gün kölgə iqtisadiyyatında fəaliyyət göstərən bir sıra təşkilatlar var. Hazırda bu şirkətlər zəng edərək etiraf edirlər ki, rəsmi, xidməti müqavilə olmadan işçi işlədirlər. Onlar sual verirlər ki, həmin işçilərin icazəsini necə ala bilərlər.

Qeyd edim ki, icazələrin alınması üçün həmin şəxslər şirkətə bağlı olan şəxslər olmalıdırlar. Onların əmək bildirişi sistemində müqavilələri əksini tapmalıdır. Çünki icaze.e-gov.az-a daxil olan məlumatlar aidiyyəti qurumlara da yönləndirilir".

Qeyd edək ki, vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb:

Mənbə: sputnik.az