Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşır

Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşır

Cari ilin mart ayında daşınmaz əmlak bazarında 2,6 faiz qiymət azalması müşahidə edilib.

Bunu

Azvision.az -a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ötən ay təkrar mənzil bazarında qiymətlər 1,27 faiz ucuzlaşıb.

“İlkin mənzil bazarında da azalma müşahidə edilib. Belə ki, ötən ay ilkin mənzil bazarında 0,52 faiz azalma olub. Ümumilikdə, mənzil bazarında 1,51 faiz qiymət azalması var”.

N.İbrahimov qeyd edib ki, kirayə mənzil bazarında isə qiymətlər 6,2 faiz azalıb: “Bağ evlərinin satışında qiymətlər 1,46 faiz, kirayəsində 0,39 faiz azalıb. Mart ayında daşınmaz əmlak bazarında aktivlik, alqı-satqıların həcmi yarıbayarı enib. Bazarda təklif portfelinin həcmi 27 faiz azalıb”.

Ekspert bildirib ki, qiymət azalmasına təkcə dünyanı bürüyən koronavirus xəstəliyi deyil, neft birjalarında olan son vəziyyət, iqtisadi sahədəki durum, insanların evlərə çəkilməsi, müştərilərin bazardan çıxması da təsir edib.

“Bu, hələ son deyil. Mart ayında müşahidə edilən rəqəmlər psixoloji faktorların təsiridir. Hələ mövcud durumun təsirini 2-3 ay sonra müşahidə edəcəyik. Bu hal 2-3 ay davam edərsə, daşınmaz əmlak qiymətlərin əhəmiyyətli dərəcədə düşməsi qaçılmaz olacaq”.

Aytən Zəhra

Mənbə: azvision.az