Rəsmi Ər-Riyad Putini təkzib edir

Rəsmi Ər-Riyad Putini təkzib edir

Səudiyyə Ərəbistanı Putinin OPEC+ sazişinin pozulmasının səbəbləri barədə dediklərini rədd edib
"Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının şist neft istehsalçılarından bu şəkildə qurtarmaq istədiyi üçün OPEC+ sazişindən çıxması ilə əlaqədar söylədiyi fikirlər reallığa uyğun gəlmir".
Bunu Krallığın xarici işlər naziri Faisal bin Farhan əl-Səudun Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, Səudiyyə Ərəbistanı, əksinə, neft hasilatını daha çox azaltmağa və bazarda qiymətlərin tarazlığına nail olmağa çalışırdı.
Bu da Rusiyanın verdiyi bəyanata zidd olaraq şist neft istehsalçılarının maraqlarına uyğundur: "Ər-Riyad, Rusiyanın OPEC+ və digər dövlətlərin növbədənkənar iclasında düzgün qərar verməsinə inanır". OPEC+ iclası ərəfəsində Putin, videogörüntü vasitəsi ilə ölkənin neft sənayesi nümayəndələri ilə görüşdə bildirib ki, neft qiymətlərinin düşməsinin faktorlalarından biri Səudiyyə Ərəbistanının OPEC+ sazişindən çıxmasıdır.
Ərəblərin sazişdən çıxmasını, şist nefti istehsal edən rəqiblərdən yaxa qurtarmaq səyləri ilə əlaqələndirib.
Putin Görüşdə OPEC + iclasının nəticəsi olaraq neft hasilatını gündə 10 milyon barel azaltmaq barədə qərar verilə biləcəyini də vurğulayıb.
Nizami

Mənbə: arqument.az