Azərbaycanda Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyası yaradılır...

Azərbaycanda Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyası yaradılır...

2020-ci ildə Azərbaycanda Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyası yaradılacaq. Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsi üçün Tədbirlər Planını təsdiq edib.

Plana əsasən, bu il ərzində Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Məqsəd postpandemiya dövründə tikinti sektorunda strateji layihələrin həyata keçirilməsidir.

Korporasiyanın funksiyalarına tikinti sahəsində strateji layihələrin işlənməsi; bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi; dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması; multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi daxil olacaq.

Korporasiyanın yaradılması məsələsi ilə İqtisadiyyat və Maliyyə nazirlikləri məşğul olacaq.

2020-ci il ərzində Dövlət İnvestisiya Holdinqinin yaradılmasında məqsəd dövlət investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunmasından ibarətdir.

Holdinqin yaradılması məsələsi ilə İqtisadiyyat və Maliyyə nazirlikləri məşğul olacaq.

Bundan başqa, Planda sahibkarlığa dəstək üçün Koordinasiya Şurasının yaradılması, eləcə də ölkədə yaradılmış maliyyə və digər fondların fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulur.

Biznesin koronavirus pandemiyasının mənfi təsirindən qorunması məqsədilə dövlət əmlakını icarəyə götürmüş sahibkarlar 2020-ci ilin sonunadək haqq; sənaye məhəllələrinin rezidentləri icarə haqqı ödəməyəcək.

Mənbə: www.baki-xeber.com