“Melissa Park” pulsuz dayanacaqlara qarşı – Video

“Melissa Park” pulsuz dayanacaqlara qarşı – Video

Paytaxt sakinləri “Melissa Park” yaşayış kompleksindən şikayətçidir.

Bizimyol.info xəbər verir ki, bu barədə vətəndaş Əli İbrahimov video-açıqlama verib.

Ə.İbrahimovun sözlərinə görə, koronavirusla mübarizə tədbirləri nəticəsində evdə qalan sakinlərin xərclərinə qənaət etdiyi bir vaxtda məhdudiyyətlə qarşılaşıb.

“Adamlar öz avtomobillərini yaşadıqları evin yaxınlığında park edirlər. Melissa Park”da yeraltı dayanacaq var. Həmin dayanacaq qiymət 50 manatdır. Sakinlər puluna qənaət etmək üçün yaşayış kompleksinin binalarına yaxın istifadəsiz ərazidə avtomobillərini saxlayırlar. “Melissa Park” rəhbərliyi pulsuz dayanacağa qarşı çıxır”,-Ə.İbrahimov bildirib.

“Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır və onlara fərdi parklanma talonu verir.

Mənbə: www.bizimyol.info