İraqın neft naziri: “Yeni OPEC+ razılaşması üçün üçüncü tərəflərin dəstəyi lazımdır”

İraqın neft naziri: “Yeni OPEC+ razılaşması üçün üçüncü tərəflərin dəstəyi lazımdır”

İraq qlobal bazarda neft tədarükünün azalması üçün OPEC və qeyri-OPEC ölkələri arasında yeni sazişin əldə olunması imkanlarına optimist yanaşır.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Tamer əl-Qadban bildirib.

Nazir bu gün bir sıra OPEC+ ölkələrinin nazirləri ilə telefon danışığı aparıb. İraq naziri qeyd edib ki, istənilən yeni saziş üçün əvvəlki OPEC+ sazişində iştirak etməyən ABŞ, Kanada və Norveç kimi əsas neft hasilatçılarının dəstəyi vacibdir.

Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2002-ci ildən heç bir azalma sazişinə qoşulmayan Norveç bu həftə sonu bəyan edib ki, birtərəfli qaydada hasilatı azaltmağa hazırdır.

Mənbə: report.az