Koronavirusla mücadiləyə fədakar dəmiryolçuların daha bir töhfəsi...

Koronavirusla mücadiləyə fədakar dəmiryolçuların daha bir töhfəsi...

"Bu həm də onun ali rəhbərin millətsevərlik təşəbbüsünə bütün səmimiyyəti ilə dəstək verməyə hazır olmasından irəli gəlir"

Dünya böyük bir bəla ilə üz-üzədir: COVID-19, yaxud koronavirus. Dünyanın bir parçası olan Azərbaycan da bu problemi, virus bəlasını yaşayır. Ölkəmizdə virusun aşkarlandığı ilk günlərdən Prezident İlham Əliyev hər zaman olduğu kimi koronavirus problemində də dövlətin vətəndaşın yanında olduğunu bildirdi, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin azaldılması üçün 1 milyard manat ayırdı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı. Prezident və Birinci vitse-prezident bir illik əməkhaqlarını bu Fonda köçürtdü. Sevindiricidir ki, ölkə vətəndaşları, dövlət qurumları və şirkətlər də ölkə rəhbərliyinin addımını nümunə sayaraq Fonda ümumilikdə milyonlarla manat pul köçürür.

Bugünlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi də dövlət baçısının sosial həmrəylik nümayiş etdirməklə bağlı tövsiyələrinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürdü. Çağırışa QSC-nin törəmə şirkətləri də qoşuldu. Belə ki, “ADY Express” MMC 100 min, “ADY Konteyner” MMC 50 min manat vəsaiti Fonda köçürdü. “Azərbaycan Dəmir Yolları” QSC və Rusiya taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru “Rusaqrotrans” QSC də Fonda 50 min manat ianə etdi.

Dünyada laborator testləri tapmaq onu pulla almaqdan çətindir. Bu çətinlik fonunda “Azərbaycan Dəmir Yolları” QSC koronavirusu müəyyən edən 10 mindən çox tibbi müayinə məhsullarını Türkiyədən alıb, hazırda aidiyyəti üzrə paylanılır.

Hazırda koronavirusla “müharibə”nin “ön cəbhəsi”ndə həkimlərdir. Hər birimiz bu fədakar insanların qarşısında baş əyirik. “Ön cəbhə”də başqa peşə sahibləri də var: polislər, müvafiq laboratoriya işçiləri, neftçilər və s. Xeyli peşə sahibləri isə var ki, onlar əslində gizli qəhrəmanlardır, adları demək olar çox vaxt çəkilmir. Məsələn, dəmiryolçular. Bəli, hazırda sərnişindaşıma sahəsində məhdudiyyətlər tətbiq edilsə də, Azərbaycan dəmiryolçuları, xüsusən də QSC-nin yükdaşıma şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində, fasiləsiz çalışırlar. Ölkəyə daşınan bütün yüklər, mal və materiallar dezinfeksiya edildikdən sonra Azərbaycan ərazisinə daxil olur. Koronavirusla mübarizə tədbirləri bütün sərhəd keçid məntəqələrində, o cümlədən Astara, Yalama stansiyalarında Dövlət Gömrük Xidmətinin əməkdaşları ilə birgə aparılır. Beləliklə, Rusiya, İran və Gürcüstandan bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması həyata keçirilir ki, ölkədə müxtəlif məhsullara olan tələbatın ödənilməsində çətinlik yaranmasın. Yükdaşıma sahəsində çalışan QSC əməkdaşları bütün zəruri avadanlıq və vasitələrlə, qoruyucu maska və əlcəklərlə təmin olunublar.

Cavid Qurbanovun rəhbərlik etdiyi bir qurumun əməkdaşları belə də olmalıydı: ölkə rəhbərliyinin səsinə səs verən, fədakar, xalqını və dövlətini sevən, işinə can yandıran kollektiv.

P.S. Hə, bir də, sərnişindaşıma xidməti fəaliyyətini dayandırsa da, QSC əməkdaşlarının maaşı tam şəkildə ödəniləcək.

Sonda qeyd edək ki, Cavid Qurbanovun özü dəmiryolçuların adına layiq daha bir nümunəvi addımla prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronaviorusla Mübarizəyə Dəstək fonduna öz şəxsi hesabından 10 min manat köçürüb. Bu həm də onun ali rəhbərin millətsevərlik təşəbbüsünə bütün səmimiyyəti ilə dəstək verməyə hazır olmasından irəli gəlir.

Mənbə: moderator.az