Neft yeni həftəyə ucuzlaşma ilə başlayıb

Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 1.8% ucuzlaşma ilə 33.50 dollardan, Texas nefti isə 3,6% ucuzlaşma ilə 27,34 dollardan alıcı tapıb.

Birjalar açılan zaman Brent neftinin qiyməti 30 dollaradək düşüb, lakin sonradan qiymət bir qədər yüksəlib.

Brent neftin qiyməti ötən həftə 34 dolları keçmişdi.

Böyük istehsalçıların istehsalın azaldılmasını müzakirə edəcəkləri yığıncağın aprelin 6-dan 9-na keçirilməsi və ABŞ-ın razılaşmaya qatılmayacağına dair şübhələr neft qiymətlərinin düşməsinə səbəb olub.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ İrana krediti blokladı - Şamxanidən reaksiya

SONRAKI XƏBƏR

Rusiya meydan oxudu: Yeni reallıq gəlir...