Bu MDB ölkəsi qızıl ehtiyyatının 3 tondan artığını satıb

Bu MDB ölkəsi qızıl ehtiyyatının 3 tondan artığını satıb

Dünyanın mərkəzi bankları fevralda qızıl alışını artırıblar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, "World Gold Council"ın məlumatına əsasən hesabat ayında toplam olaraq 36 ton qızıl alınıb. İlin əvvəlindən isə bütövlükdə 64,5 ton qızıl alınıb ki, bu da əvvəlki ilin analoji dövrünün nəticəsindən 44% azdır.

Ən çox qızıl alan Türkiyə (24,8 ton) olub. İkinci yerdə Rusiya (10,9 ton), üçdə Qazağıstan (1,8 ton) gəlir. Ən çox qızıl satan isə Özbəkistan olub. Onun ehtiyyatlarındakı qızılın həcmi 3,1 ton azalıb.

Mənbə: finans.az