Koronavirus avtomobil sənayesinə nə qədər ziyan vurub?

Koronavirus avtomobil sənayesinə nə qədər ziyan vurub?

Bu ayın sonuna qədər dünyada epidemioloji vəziyyət düzəltməsə və avtomobil istehsalı müəssisələri işə salınmasa, avtomobil sənayesinin zərəri azı 100 milyard ABŞ dolları olacaq.

“Report” "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə “Auto Analysis” araşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, koronavirus pandemiyası nəticəsində hazırda həm Avropada, həm də Şimali Amerikada avtomobil zavodlarının az qala hamısı bağlıdır. Bu isə istehsalçılara hər həftə 15,5 milard avro ziyan vurur (Avropada 8 milyard avro, Şimali Amerikada 7,5 milyard ABŞ dollarıo). Mayın 1-nə qədər istehsal bərpa olunması avropalı istehsalçıların zərəri 66 milyard avroya, amerikalı istehsalçıların zərəri isə 52 milard ABŞ dollarına çata bilər.

Bu rəqəmlər hər 2 regionda karantin müddətində satıla biləcək avtomobillərin sayına görə ortaya çıxıb. Bütövlükdə koronavirus epidemiyasına görə satılmayan avtomobillərin sayının bu ayın sonuna qədər ,6 milyona çatacağı güman edilir.

Mənbə: report.az