Kənd təsərrüfatı virus epidemiyasından zərər çəkməyib

Kənd təsərrüfatı virus epidemiyasından zərər çəkməyib

Sahələrdə mövsümi işlər davam etdirilir, bu ilyüksək məhsuldarlıq gözlənilir
İqtisadiyyatıntəməl sahələrindən biri də kənd təsərrüfatıdır. Dünyadakı mövcud vəziyyət ölkələrdəhəyatın bütün sahələrinə öz mənfi təsirini göstərir. Azərbaycanda da ocümlədən. Amma buna baxmayaraq, kənd təsərrüfatı sahəsində işlər davametdirilir. Çünki nəzərə almalıyıq ki, qarşıdan məhsula, yəni meyvə-tərəvəzə tələbatındaha çox ehtiyac duyulduğu yay ayları gəlir. Bunun üçün də bağlarda,bostanlarda əkin və digər mövsümi işlər görülür. Mütəxəssislərlə danışıb hansıişlərin görüldüyünü, bu sahədə vəziyyətin necə olduğunu öyrənməyə çalışdıq.
Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirlinin sözlərinəgörə, bu dövrü aparılan işlərinistiqamətindən asılı olaraq iki hissəyə bölə bilərik: "Birincisi, payızlıq əkinlərəyaz qulluq işləri dövrüdür. Burada təxminən 1 milyon hektarda əkin aparılıb. Əksəriyyətidə taxıl və taxıl məhsullarıdır. Aprel ayının 15-20-nə qədər isə yaz yemləməgübrələrinin verilmə prosesi gedir. Xüsusilə də azot tərkibli gübrələr verilir.Bunu da qeyd edim ki, hazırda karantin rejim olsa da, bu gübrələnmə prosesi təhlükəsizşəraitdə həyata keçirilir. Çünki burada söhbət kifayət qədər böyük ərazilərdəngedir və yaz gübrələmə prosesi tamamilə mexaniki üsulla həyata keçirilir. Yəniböyük traktorlar vasitəsilə çiləmə üsulu ilə bu gübrələnmə olur, insanlarınkütləvi hərəkətinə ehtiyac yoxdur. Ona görə də burada virusa yoluxma amiliistisnadır. Aprel ayının ikinci yarısından etibarən isə, yazlıq bitkilərin əkininəbaşlanılacaq, hansı ki, bu proses də tamamilə mexaniki yolla aparılır. Yəni, budövrdə də insanların sahələrdə kütləvi əməyinə ehtiyac duyulmur. Bu dövrə isəgünəbaxan, pambıq, çuğundur və s. bitkilərin əkini daxildir, təxminən 300-400min sahəni əhatə edir və mayın əvvəllərində proses başa çatacaq”.
Ekspertməhsuldarlığın hansı səviyyədə olacağından da danışdı: "Nəzərə alsaq ki əsas, yənitaxıl və taxıl məhsullarının əkini payız dövründə olub, həmin vaxt virusolmadığına görə fermerlər sahələrdə rahatlıqla əkin işlərini görüblər. İndi isəəsas olan iş aqrotexniki qulluqdur. Bu qulluğa isə yaz yemləmə gübrələrininverilməsi, müxtəlif zərərvericilərə qarşı mübarizənin aparılması daxildir. Digərtərəfdən, son bir-iki həftədir ki, əlverişli iqlim şəraiti formalaşıb, xüsusiləaran regionlarında yağıntılar sistemli şəkildə düşməyə başlayıb. Təbii ki, beləolan şəraitdə bitkilərin vegetativ inkişafı sürətlənəcək. Paralel olaraq, havaşəraiti stabilləşərsə, temperatur 18-20 C-dən yuxarı qalxarsa, məhsuldarlığınyüksək olmasına nail ola bilərik. Fikrimcə, taxılçılıqda minimum keçən ilki məhsuldarlığanail olacağıq”.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun idarəheyətinin sədri Elmar Allahverdiyev tərəvəzçiliksahəsində aparılan işlərdən danışdı: "Bu istiqamətdə bir çox işlər görülür.Hazırda yaz tarla əkinlərinin vaxtıdır və tərəvəzlərin əksəriyyəti yazaylarında əkilir. Düzdür, payızlıq tərəvəzlər də var. Kələm, sarımsaq və bukimi digər tərəvəzlər payızda əkilib. Məhsulu isə yazın sonunda, yəni may-iyunaylarında yığılacaq. Amma elə tərəvəzlərimiz var ki, mart-aprel aylarındaonların əkin vaxtıdır. Məsələn, soğanın toxumla əkilməsinə fevralın sonu martınəvvəllərindən başlanılıb. Hazırda görülən əsas işlərdən biri isə torpağınhazırlanma prosesidir. Şitillərin əkilməsi üçün hazırlıq işləri aparılır”.
E.Allahverdiyevqeyd edir ki, növbəti mərhələdə məhsuldarlığın yüksək olması üçün müxtəlifprofilaktik tədbirlər görülməlidir: "Yaz tarla əkinləri hazırlanan müddətdəilkin olaraq alaq otları ilə mübarizə tədbirləri aparılır. Bunun üçün isə müxtəliftərkibli herbisitlərdən istifadə edilir. Herbisitlər mütləq şəkildə əkin sahələrinəvurulmalıdır ki, torpaqda olan bütün növ alaqlar məhv olsun. Alaq otları məhvolduqdan sonra həmin torpaq sahəsində normal şəkildə bitkilər əkilə bilər.Alaqların tam məhv edilməməyi sonradan ciddi problemlər yaradar. Bu da mədənibitkilərin məhvi ilə nəticələnər. Bundan başqa, gübrələnmə işləriaparılmalıdır. Yəni bitkilər əkilən zaman birbaşa olaraq torpağa üzvi, mineralvə orqanik gübrələrin verilməsi məsləhət olunandır”.
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqatİnstitutunun direktoru İlham Qurbanov bildirirki, hazırda bütün bağlarda bağsalma, təmizlik, yəni budama, həmçinin dərmanlamaişləri görülür: "Məhsuldarlığın yüksək olması üçün aqrotexniki qulluğun roluböyükdür. Hazırda yeni bağ əkənlər bağsalma işlərini bitiriblər. Köhnə bağlardaisə budama işləri görülür, təmizlik və yaz müalicəsi aparılır. Mövcud inkişafprosesinə əsasən deyə bilərik ki, alma, armud, gilas, gavalı kimi meyvələrdəyüksək məhsuldarlıq gözlənilir. Məsələn, müasir bağlarda 1 hektardan 50 ton,intensiv bağlardan 20-25 ton, ekstensiv bağlardan isə 3-7 ton arası alma götürməkmümkün olacaq”.
GünelAzadə

 

Mənbə: kaspi.az