“Qelios” spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min qab spirt ianə edib

“Qelios” spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min qab spirt ianə edib

Kürdəmir, 6 aprel, AZƏRTAC

“Qelios” MMC-nin Kürdəmir spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər birinin tutumu 500 milliqram olan 10 min qab spirt ianə edib.

Hazırda fonda 100 qramlıq daha 10 min ədəd sprey spirtin verilməsi üçün hazırlıq işləri aparılır.

Şirkətin rəsmisi Mətləb Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, zavod tərəfindən, habelə rayon mərkəzi xəstəxanasına da eyni tutumlu 500 ədəd tibbi spirt bağışlanıb. Bundan başqa, Kürdəmirdə qeydiyyatda olan 20 min evin hər birinə 500 milliqramlıq qablarda spirt paylanılması da nəzərdə tutub.

Qeyd edək ki, aylıq istehsal gücü 500 ton olan zavodda 100, 500 qramlıq, 1 və 20 litrlik tibbi spirt istehsal olunur.

Mənbə: azertag.az