Aprelin 8-dən 7 bank faisziz krediti verəcək

Aprelin 8-dən 7 bank faisziz krediti verəcək

Aprelin 8-dən Rusiyanın 7 bankı faisziz biznes krediti verəcək.
Modern.az xəbər verir ki, məqsəd koronavirus infeksiyası ilə bağlı fəaliyyətində çətinlik yaranan müəssisələrə dəstək olmaqdır.

“Sberbank”, “Alfbank”, “VTB” və digər banklar kiçik və orta biznes müəssisələrinə əməkdaşlarına maaş vermələrində problem yaranmaması üçün bu addımı atacaq. Rusiya İqtisadi İnkişaf nazirliyi subsidiya alacaq digər bankların seçimini davam etdirir. Zəmanət örtüyünün 75 %-ini dövlət öz üzərinə götürür. Ayrılan maliyyə kiçik və orta müəssisələrdə çalışanların 6 aylıq maaşlarının ödənilməsinə əlavə “resurs” olaraq nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu məqsəd üçün həmin banklara 150 milyard pul ayırıb. Ötən həftədən “Sberbank” və “VTB” kiçik biznes üçün “0 faiz” kreditləri verməyə başlayıb.

Mənbə: modern.az