Heyvandarlıq məhsulları istehsalı artıb

Heyvandarlıq məhsulları istehsalı artıb

Ağsu, 7 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Ağsu rayonunun heyvandarları uğurlu nəticələr əldə ediblər. Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi şəraitində fermerlər və fiziki şəxslər məhsul istehsalında artıma nail olublar.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda məhsul istehsalı 2020-ci ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, üç ayda diri çəkidə 1313 ton ət istehsal edilib ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 ton çoxdur. Habelə, süd istehsalı 10 ton artaraq 6994 tona, yumurta istehsalı 153 min ədəd çoxalaraq 4 milyon 142 min ədədə çatıb.

Qeyd edək ki, hazırda rayonda 38 min 359 baş iribuynuzlu, 183 min 527 baş davar var.

Mənbə: azertag.az