Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam edir. Azvision.az -ın məlumatına görə, fonda vəsait köçürənlər arasında "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov da var. Belə ki, T.Əhmədov fonda 3000 manat ianə edib.
Qeyd edək ki, fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 24 mart tarixli fərmanı ilə yaradılıb. Hazırda fondun hesabına ümumilikdə 4 milyon 254 min 892 manat vəsait toplanıb.
Anar Kəlbiyev
Mənbə: azvision.az