UNEC-də evdən distant dərslərə başlanılıb

UNEC-də evdən distant dərslərə başlanılıb

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) evdən distant dərslərə başlanılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, dərslərin başlamasını nəzərə alaraq, fakültə dekanları “Facebook” üzərindən canlı yayımla tələbələrin suallarını cavablandıracaqlar. Suallar öncədən və ya canlı yayım vaxtı fakültələr üzrə “Facebook” səhifələrinə ünvanlanmalıdır.

AZERTAG.AZ :UNEC-də evdən distant dərslərə başlanılıb

Mənbə: azertag.az