OPEC, ərəblər və Rusiya ABŞ-ın "dudka"sı altında rəqs etmək istəmir - Danimarka mediası

OPEC, ərəblər və Rusiya ABŞ-ın "dudka"sı altında rəqs etmək istəmir - Danimarka mediası

Neft qiymətlərinin müharibəsi nəticəsində itkilər astronomikdir. Təəccüblü deyil ki, dünyanın əksər neft istehsalçıları danışıqlar aparmağa hazırdırlar. Lakin ABŞ fərqli davranır: güzəştə getməkdən qəti şəkildə imtina edir.

Bunu Danimarkanın “ Jyllands-Posten” nəşrində Keld Louie Pedersen yazır.

Doğrudanmı, onlardan başqa hamının istehsalı azaldacağını gözləyirlər?

Neftin qiymətində nə baş verir?

Rusiya və Səudiyyə Ərəbistanı müqavilə ilə bağlı konsensusa gəlməyə çalışır. Norveç bu işdə iştirak etməyə hazırdır, amma ABŞ yenə də OPEC-i kartel olaraq görür.

İqtisadi itkilər astronomikdir. İndi yalnız çox az adam itkisiz neft çıxara bilər. Buna görə də, neft qiymətlərinin müharibəsinə son qoymaq üçün ciddi işlər görülür. Ancaq bunun müvəffəq olma ehtimalı hələ çox azdır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) nazirlərinin, Rusiyanın rəhbərlik etdiyi digər neft istehsal edən ölkələrlə birlikdə təcili olaraq bazar ertəsinə təyin edilmiş virtual iclası sonda cümə axşamı gününə keçirildi.

Danışıqlar ciddi şəkildə aparılacaq. Bu, yalnız Səudiyyə Ərəbistanının may ayına qədər ixrac olunan neftin qiymətlərini təyin etməməyə qərar verdiyini təsdiqləyir.

Aprel ayında krallıq, Rusiyanın neft hasilatını məhdudlaşdırmaq üçün üç illik müqaviləsini uzatmaq istəməməsinə cavab olaraq, xüsusən Avropanın şimal-qərbindəki müştərilər üçün qiyməti kəskin dərəcədə endirdi.

Neft sənayesində siyasi oyun çətindir, çünki həm Rusiya, həm də Səudiyyə Ərəbistanı bütün əhəmiyyətli neft istehsalçılarının qlobal hasilatın ildə 10 milyard barel azaldılması ilə bağlı yeni müqavilədə iştirak etmələrini tələb edirlər. OPEC-ə görə, razılaşma xam neftin qiymətini bir barrel üçün 50 dollar səviyyəsinə qaytarmaq və ehtiyatların nəzarətsiz böyüməsini dayandırmaq lazımdır.

Cümə günü Şimal dənizindən iyun ayında çatdırılma üçün xam neftin bir barelinin qiyməti 34,65 dollar təşkil etdi. Bu, qısa müddətdə hasilatın qlobal azaldılması barədə razılaşma imzalamağın mümkünlüyü ilə əlaqədardır.

Həftə sonu Norveç qiymətlər müharibəsinə son qoymaq üçün hazırlanan bu razılaşmanı imzalamağı düşünməyə hazır olduğunu açıqladı, bunun nəticəsində neftin bir bareli 20 dollara düşdü.

ABŞ fərqli davranır. Təşkilatı bir kartel hesab etdikləri üçün OPEK ilə danışıqlardan qəti şəkildə imtina edirlər.

Yeni minilliyin əvvəllərindən bəri Amerika Konqresi bir neçə dəfə (2019-cu ildə sonuncu dəfə) “No Oil Producing and Exporting Cartels Act ” (NOPEC – Neft istehsalı və ixrac etməyən kartellər) adlı bir qanun qəbul etməyə yaxın idi. Bu isə ABŞ-ın antimonopoliya orqanlarına kartelin yaranması üçün OPEC ölkələrini məhkəməyə vermək hüququnu verərdi.

Hər dəfə bu qanun layihəsi təxirə salındı, çünki dövlət hüquqşunasları israrlı şəkildə suveren dövlətlərə qarşı inhisarçılıq işlərinin başlanmasının nəticələrini davamlı xatırladırdılar.

ABŞ-ın özü dünyanın ən iri neft istehsalçısıdırsa, müqavilənin bağlanmasını təsəvvür etmək çətindir. Belə olan halda bütün digər neft istehsalçıları hasilatı azaldacaq, Amerika şirkətləri isə nefti heç nə olmamış kimi istehsal etməyə davam edəcək .

Prezident Tramp daim OPEC-i bir kartel adlandırır və bəyan edir ki, bu, hasilatın məhdudlaşdırılması haqqında sazişlə təsdiqlənir. Hansı ki, OPEC Rusiya da daxil olmaqla digər 10 neft ixrac edən ölkələrlə 2017-ci il yanvarın 1-dən 2020-ci il martın 31-dək qüvvədə olan müqavilə bağlayıb.

İki gün əvvəl Amerika prezidenti 180 dərəcə dönüş etdi. Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığında gündəlik 100 milyon barel xam neft hasilatını 10-15 milyon barrel azaltmağı nəzərdə tutan beynəlxalq müqaviləyə riayət etməyə çağırdı.

Lakin neft hasilatını azaltmaq üçün əldə olunan razılaşma ehtiyatların görünməmiş dərəcədə artmasına mane olmayacaq. Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol şənbə günü “Reuters”ə bildirib.

Koronavirusun yaratdığı böhran ümumi əhalisi üç milyarddan çox olan ölkələrin sərhədlərinin tamamilə və ya qismən bağlanmasına səbəb oldu və bunlara dünyanın ən varlı iki iqtisadiyyatı – ABŞ və AB daxildir. IEA rəhbərinin sözlərinə görə, ikinci rübdə dünya tələbatı gündəlik 20 milyon barel neft sayəsində azalacaq və hələ də boş yer olduğu halda bu neft anbarlara getməyə davam edəcək.

“OPEC və digər neft ixrac edən ölkələr razılığa gələ bilsələr də, ikinci rübdə gündəlik 15 milyon barel neftin anbarlara təhvil veriləcəyini və qiymətləri bir müddət saxlayacağını gözləməliyik”. Fatih Birol “Reuters”ə belə deyib.

“Təchizatın tələbdən çox olduğu bir bazarda ən vacib sabitləşdirici amil istehlakçılardır, lakin koronavirusun yaratdığı böhran səbəbindən onlar oyundan kənarda qalıblar və buna görə də indi misli görünməmiş vəziyyət var”.

Nazirlərin neftlə bağlı virtual iclasının ən azı cümə axşamına qədər yenidən planlaşdırılması, bazar ertəsi günündən etibarən xam neft qiymətlərinin yenidən təzyiq altında olacağını proqnozlaşdıra bilər.

Cümə axşamı və cümə günü qiymətlər Trampın tvitindəki əsassız nikbinlik fonunda artdı. Nəticə etibarilə, neftin məzənnəsinin neqativ dəyişməsi istisna edilmir. Və çoxlarının düşündüyünün əksinə olaraq demək olar ki, neft bazarında hasilatı azaltmaq üçün bir sazişin hazırlanması çətin olacaq.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az