Koronavirusla bağlı ən böyük dəstək paketi - 994 milyard dollar

Koronavirusla bağlı ən böyük dəstək paketi - 994 milyard dollar

Koronavirusla bağlı ən böyük dəstək paketini Yaponiya həyata keçirəcək.

Redaktor.az xəbər verir ki, Şinzo Abe hökuməti iqtisadiyyatı stimullaşdırmaq məqsədilə 994 milyard dollar xərcləyəcək. Bu, Ümumi Daxili Məhsulunun (ÜDM) 20%-i qədərdir.

Məsələn, ABŞ ÜDM-in 11%-i həcmində (2,2 trilyon dollar) vəsait ayırıb. Amma gözlənilir ki, hökumət və Konqres daha 1 trilyonluq ikinci paket üzərində anlaşacaq.

 

Mənbə: redaktor.az