Misirin ehtiyatları koronaya görə 5.4 milyard “əridi”

Misirin ehtiyatları koronaya görə 5.4 milyard “əridi”

Misir Mərkəzi Bankının valyuta ehtiyatları mart ayı ərzində 5,4 milyard azalıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Misir MB yayıb.

Məlumatda qeyd edilib ki, 1 marta qədər Misir Mərkəzi bankının ehtiyatları tarixi maksimuma – 45 milyarda çatıb.

Mart ayı ərzində isə koronavirusun vurduğu iqtisadi zərəri minimallaşdırmaq, iş yerlərini saxlamaq, idxalda bahalaşmanın qarşısını almaq, yerli valyutanı qorumaq və s. üçün Misir Mərkəzi Bankı 5,4 milyard xərcləməli olub.

Misir Mərkəzi Bankı elan edib ki, bu zərbələri yalnız 8 ay neytrallaşdırmaq gücündədir.

Mənbə: axar.az