Məşhur iqtisadçı Böyük Böhrandan danışdı

Məşhur iqtisadçı Böyük Böhrandan danışdı

Amerika iqtisadiyyatının sürətli templə yaxşılaşacağını düşünmürəm.

Axar.az xəbər verir ki, bu sözləri BVF-nin keçmiş rəhbəri Ben Bernanke koronavirus pandemiyası fonunda ABŞ-da yaşanan iqtisadi gərginliyi şərh edərkən deyib.

“Çox güman ki, iqtisadi aktivliyi mərhələli şəkildə qaldıra biləcəyik. Lakin bundan sonra periodik şəkildə yeni ləngimələr özünü göstərə bilər”, - deyə Bernanke bildirib.

Bununla yanaşı, iqtisadçı 10 il davam edən Böyük böhranın (1929-1939) təkrarlanmasından qorxmamağa çağırıb:

“Əgər hər şey normal davam etsə, bir, yaxud iki ilə biz daha əlverişli vəziyyətdə olacağıq”.

Mənbə: axar.az