Bloomberg: OPEC neft hasilatının azaldılmasının - BİR NEÇƏ VARİANTINI HAZIRLAYIB

Bloomberg: OPEC neft hasilatının azaldılmasının - BİR NEÇƏ VARİANTINI HAZIRLAYIB

OPEC təşkilatı neft hasilatını azaltmağın bir neçə variantını hazırlayıb. Xatırladaq ki, neft hasilatının azaldılması məsələsini müzakirə etmək üçün aprelin 9-da OPEC+ içtirakçılarının iclası keçirilcək.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib.

Variantlardan biri neft hasilatını gündə 10 milyon barelə qədər azaltmaqdır. Belə bir təklif Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.

Digər bir variant isə istehsalçı qrupunun istehsalın azaldılmasından imtina etməsidir. Bu ilin ikinci rübündə qara qızıla olan tələbat gündə 11,9 milyon barelə düşəcək.

OPEC+ iclasından bir gün sonra (aprelin 10-u) G20 üzvlərinin Energetika Nazirliyi rəhbərlərinin iclası keçiriləcəkdir. OPEC+ iştirakçılarının son qərarı bu danışıqların nəticələrindən asılı olacaq.

Mənbə: fed.az