Qırğızıstan böhrandan çıxmaq üçün yollar axtarır

Qırğızıstan böhrandan çıxmaq üçün yollar axtarır

Büdcədə vəsaitolmadığından əsas diqqət beynəlxalq maliyyə qurumlarından alınacaq borclara yönəlib
Mərkəzi Asiya dövlətləri sırasındakoronavirus pandemiyasının sürətlə yayıldığı Qırğızıstanda iqtisadi çətinliklərdözülməz həddə çatıb. Hökumət yaranmış gərginlikdə ölkənin ağır iqtisadidurumdan çıxması məqsədilə qısamüddətli xilas tədbirləri planı hazırlayıb. Başnazirin müavini Erkin Asandiyev bildirib ki, müxtəlif istiqamətləri nəzərətutan antiböhran proqramı yaxın 2-3 ay üçün nəzərə tutulub. "Birincisi böhran şəraitindəərzaq təhlükəsizliyinin təmin olunması, iknicisi isə biznes üçün müəyyənyüngülləşdirici qərarların qəbulunu nəzərdə tuturuq. İlik növbədə vergi yükününazaldılması, sosial ödəmələr və kommunal xidmətlərin ödənilməsinin üç ay müddətinədayandırılması nəzərdə tutulub. Bu ödəmələrin gecikdirilməsinə görə, hər hansıbir cərimə tətbiq olunmayacaq. Vergi bəyannamələrinin təqdim olunması müddəti dəuzadılıb”, - deyə baş nazirin müavini bəyan edib.
Proqrama əsasən, biznesin dəstəklənməsi üçünresursların cəlb edilməsi nəzərdə tutulur. "Biz iki mənbəni nəzərdən keçiririk.Birinci mənbə Rusiya-qırğız inkişaf fondunun müvəqqəti vasitələri ola bilər.Artıq bu istiqamətdə danışıqlar da başlayıb. Bundan əlavə, donor tərəfdaşlarladanışıqlar aparırıq. İlk növbədə Avropa İnkişaf və Yenidənqurma Bankı ilə100-150 mln. dollarlıq kredit ayrılması barədə müzakirələr gedir. Onlar tərəfindənməlumat verilib ki, bu vəsaitin 50 faizi qrant kimi verilə bilər”, - deyən başnazirin müavini əlavə edib ki, digər dünya nəhəngləri ilə də danışıqlar dadavam edir. Onu da qeyd edib ki, Qırğızıstan biznesi bütövlüklə vergidən azadedə və ya onlara büdcədən vəsait ayıra bilməz. "Bizim büdcə buna imkan vermir.Ayıq başla imkanlarımızı nəzərdən keçirməliyik. Təəssüf ki, biz digər dövlətlərintəcrübəsini həyata keçirə bilmərik”, - deyə E.Asrandiyev vurğulayıb.
Bundan əvvəl baş nazir MuhammedkalıyAbılqaziyev vəziyyəti ağır qiymətləndirib. Onun proqnozlarına görə, ölkə büdcəsibu ilin yekunları ilə 28 mlrd. som (329 mln. dollar) itirə bilər. Lakin müstəqilekspertlər əmindirlər ki, dəyəcək ziyan daha ağır olacaq. Prezident SooronbayJeenbekov beynəlxalq maliyyə institutlarına koronavirusun yayılmasının neqativnəticələrinin aradan qaldırılması və büdcəyə dəstək məqsədilə maliyyə yardımıayrılması barədə müraciət edib. Beynəlxalq Valyuta Fondunun Qırğızıstandakdaimi nümayəndəliyindən 24.kg nəşrinə bildirilib ki, qırğız iqtisadiyyatınaepidemiyanın mənfi təsiri büdcə daxilolmalarında hiss olunacaq. Eləcə də, sərhədlərinbağlanması, iqtisadi aktivliyin azalması, Rusiyadan pul köçürmələrininazalması, neftin qiymətinin aşağı düşməsi və səhiyyə xərclərinin azalması da nəzərəalınmalıdır. O da bildirilir ki, Qırğızıstan Beynəlxalq Valyuta Fondundan fövqəladəyardım alan ilk ölkə olub. Bu vəsait 120 mln. dollar təşkil edib. Əlavə 200 mindolları Asiya İnkişaf Bankı tibbi yardım formasında göstərib. Bankın ekspertləriQırğızıstanda iqtisadi artımın təqribən 4 faiz azalacağını proqnoz edirlər. Əsassəbəblər sırasında əmək miqrantlarının pul köçürə bilməmələri də göstərilir.Artıq bu azalma 13,5 faiz təşkil edir. Lakin sərhədlər bağlı qalmaqda davam edərsəvə vəziyyət dəyişməzsə, onda göstəricilər daha da pis olacaq. Asrandiyevin sözlərinəgörə, indi söhbət antiböhran paketininikinci hissəsinin hazırlanmasından gedir: "İqtisadiyyatın canlanması və bərpasıilin sonuna proqnozlaşdırılır. Artıq uzunmüddətli perspektiv üçün nəzərdətutulan üçüncü paketi işləyib hazırlamaq gərəkidir”. Biznes koronavirusinfeksiyasının yayılmasından çox, ölkədə martın 25-dən tətbiq edilən fövqəladərejimdən və komendant saatının qüvvədə olmasından əziyyət çəkir. Fövqəladə rejimkoronavirusun yayılmasının qarşısını alsa da, çoxsaylı problemlərə də yol açır.Yükdaşımalar dayanıb, bütün müəssisələr bağlanıb, kiçik və orta biznes dağılıb.Bişkekin girəcəyindən onlar ərzaq dolu maşın ilişib qalıb. Bişkek meriyasıinsanlara buraxılış kağızlarını verib çatdıra bilmir.
Ölkə rəhbərliyi yardım üçün beynəlxalq maliyyəinstitutlarına və Rusiya-Qırğızıstan inkişaf fonduna müraciət etmək qərarına gəldiyihalda, ölkə parlamentində Avrasiya İqtisadi İttifaqından narazılıq ifadəolunub. Məsələ ondadır ki, Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaş dövlətlərqırğızlara bir sıra məhdudiyyətlər tətbiq ediblər. Konkret olaraq Qazaxıstanbuğda və taxıl məhsullarının satışına kvota tətbiq edilib. Qırğızıstan üçün bukvota aylıq 22 min ton un təşkil edir. Baş nazirin müavini vətəndaşlarıinandırmağa çalışıb ki, respublikada un çatışmazlığı olmayacaq. O bildirib ki,hazırda qazax tərəfi ilə müvafiq sazişlərin imzalanması üzrə danışıqlar gedir. Eynizamanda, Rusiyadan da 100 min ton buğda alınacaq.
Qırğız parlamentinin deputatı AltınbekSulaymanov Aİİ ilə bağlı narazılığını bildirib. Onun sözlərinə görə,Qazaxıstanın Qırğızıstandan müxtəlif məhsullar, o cümlədən un ixracına tətbiqetdiyi qadağa Aİİ-nin vahid gömrük sərhədləri və biznes üçün iqtisadiazadlıqlar tətbiq etmək normalarına ziddir: "Gömrük İttifaqı işləmir? Faktikiolaraq işləmir. Belə olan halda Aİİ rejimlərinin dayandırılmasına nail olmaqlazımdır. Koronavirusla bağlı vəziyyət düzələnə qədər hər kəs öz probleminimüstəqil şəkildə həll etməlidir. İndiki halda hər hansı bir məhdudiyyət Aİİnormalarının pozulmasıdır”.
Onun həmkarı Abdılvahab Nurbayev isə daha sərtdanışıb. Hökumət üzvlərinə müraciətində o, dərhal Avrasiya İqtisadi Komissiyasıilə gömrük rüsumlarının azaldılmasını tətbiq etməyi tələb edib. "Bu, çoxvacibdir. Əgər biz bunu etməsək, bununla biznesi və iqtisadiyyatı sadəcə məhvetmiş olarıq. Bu təklif üzərində israr etməliyik. Əgər onlar buna qarşı olsalarvə vaxtında kömək etməsələr, o zaman belə bir sual ortaya çıxır – bu təşkilatbizə nəyə lazımdır” – deyə deputat sual edib.
Azər NURİYEV

 

Mənbə: kaspi.az