Ərzaq bazarında qiymətlər normaldır - Nazirlər Kabineti

Ərzaq bazarında qiymətlər normaldır  - Nazirlər Kabineti

“Kənd təsərrüfatı işçiləri ilə bağlı təlimatda fermerlərə, mexanizatorlara sərbəst hərəkət azadlığı verilir”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, mövsümlə bağlı bazarda müəyyən dalğalanmalar ola bilər.

“Amma ərzaq bazarında da qiymətlər normal hesab edilir”, - deyə o qeyd edib.

Mənbə: redaktor.az