Nazir Elnur Abbasova yüksək vəzifə verdi

Nazir Elnur Abbasova yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev daha bir yüksək vəzifəyə rəis təyin edib.

Modern.az Unikal.org-a istinadən məlumat verir ki, Sahil Babayevin müvafiq əmri ilə Abbasov Elnur Abbas oğlu nazirliyin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinə bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli rəhbərlik edirdi.

Mənbə: modern.az