Səudiyyə Avropa neft şirkətlərinin səhmlərini alır

Səudiyyə Avropa neft şirkətlərinin səhmlərini alır

Səudiyyə Ərəbistanının Suveren Fondu Avropanın neft-qaz şirkətlərinin səhmlərini almağa başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, son həftələr ərzində Ər-Riyad 4 Avropa şirkətinin 1 milyard dollar dəyərində səhmini alıb. Aksiyası alınan şirkətlər arasında “Equinor”un da olduğu vurğulanıb.

Mənbə: axar.az