Aviabiletlərin qaytarırlması və dəyişdirilməsində yeni QAYDALAR

Aviabiletlərin qaytarırlması və dəyişdirilməsində yeni QAYDALAR

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) aviaşirkətlərə yeni məktubla müraciət edib.

Turizmplus.az xəbər verir ki, aprel ayından etibarən “Azərbaycan Hava Yolları” QSC-nin və “Buta Airways” aviaşirkətinin bütün beynəlxalq reyslərinə rəsmiləşdirilən aviabiletlər və həmçinin bütün əlavə xidmətlər üçün rəsmiləşdirilən EMD – lərin ləğvi və yenidən bronlaşdırılması üçün aşağıdakı qaydalar tətbiq olunacaq.

1. 10 Mart - 31 May 2020 tarixləri arasında yerine yetiriləcək uçuşlara rəsmiləşdirilən aviabiletlər və EMD-lər:
1.1. Aviabiletin ilk rəsmiləşdiriliyi tarixdən sonrakı növbəti 12 ay müddətində olan istənilən tarixə yalnız dəyişdirilə bilər.
1.2. Hər bir aviabilet cərimə tətbiq olunmadan 1 dəfə dəyişilə bilər (Rebooking).
1.3. Növbəti bütün dəyişikliklər, tarifin tətbiqi qaydalarına uyğun olaraq yerinə yetirilməlidir.
1.4. Marşrutun dəyişdirilməsi zamanı (rerouting) sərnişinin mövcud aviabileti üçün ödədiyi məbləğ çərçivəsində marşrutunun dəyişdirilməsinə icazə verilir.
1.5. Açıq tarixlə (Open date) rəsmiləşdirilən aviabiletlər üçün istifadə müddəti 31 May 2021-ci iıl tarixinə qədər uzadılır.
1.6. Bütün əməliyyatlar zamanı ilk aviabiletin xidmət sinifi saxlanılır.

2. 10 mart 2020-ci il tarixinə qədər və 31 may 2020-ci ildən sonraki uçuş tarixlərinə rəsmiləşdirilən aviabiletlərin və EMD-lərin ləğvi və dəyişdirilməsi (marşrutun dəyişdirilməsi daxil olmaqla) tarif qaydalarına uyğun olaraq həyata keçirilir.
 

Mənbə: turizmplus.az