Fizika İnstitutundan koronavirusla mübarizəyə maddi dəstək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşulub.

Belə ki, koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün laboratoriya rəhbərləri, şöbə müdirləri, baş elmi işçilər, eləcə də aparıcı elmi işçilərin könüllü müraciətləri nəzərə alınıb və institutun direktoru, akademik Nazim Məmmədov onların bir aylıq əmək haqlarının 15 faizinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi haqqında əmr imzalayıb.

 

Aztehsil.com

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

SONRAKI XƏBƏR

Milli Məclisin iclasları videokonfransla keçiriləcək