"Binə" və "Sədərək"də çalışanlara PUL VERİLƏCƏK? - AÇIQLAMA

"Binə" və "Sədərək"də çalışanlara PUL VERİLƏCƏK? - AÇIQLAMA

"Azərbaycanda xüsusi karantin rejiminə görə bağlanmış iş yerlərində çalışanlara əməkhaqlarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Amma bunlar rəsmi müqavilə ilə çalışan işçilərə aiddir".

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bağlanmış iş yerlərində 300 min müqavilə ilə çalışan işçi var:

"Onlara dövlət tərəfindən təqribən 350-360 manat civarında iki ay müddətində ödənişlər olunacaq. Problem bundadır ki, "Binə", "Sədərək" kimi yerlərdə çalışanların böyük əksəriyyəti, bəlkə də 99 faizi heç bir əmək müqəviləsi olmadan, qeyri-rəsmi formada günəmuzd çalışırlar. Onlar arasında həm satıcılar, həm də digər xidmət sahəsində çalışanlar var. Həmin kəsimlərin sosial vəziyyəti daha ağırdır. Bununla bağlı isə hələ ki, heç bir qərar yoxdur. Onlarla bağlı hər hansı bir qərarın verilməsi yaxın zamanda, təəssüf ki, gözlənilmir".

Sevda Ulutau / Redaktor.az

 

Mənbə: redaktor.az