"Bakı Zooparkı" heyvanlar üçün mal ətini neçəyə alır?

"Bakı Zooparkı" heyvanlar üçün mal ətini neçəyə alır?

Bu il Bakı şəhər Heyvanat Parkında ("Bakı Zooparkı") saxlanılan heyvanları yemləmək üçün 298 min 525 manat dəyərində mal əti, ət tullantısı (böyrək, qursaq, quyruq və qarın) və mal ürəyi satın alınacaq.

Yeniavaz.com xəbər verir ki, bu vəsait "Bakı Zooparkı"nın elan etdiyi tenderin qalibi olan fərdi sahibkar Süleyman Əziz oğlu Novruzova (VÖEN-1500197252) ödəniləcək.

Süleyman Əziz oğlu Novruzov "Bakı Zooparkı"ndan aldığı 298 min 525 manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:

37 000 kq – mal əti

10 000 kq - ət tullantısı (böyrək, qursaq, quyruq və qarın)

175 kq – mal ürəyi

Rəqəmlərdən də göründüyü kimi heyvanlar üçün alınacaq ət və ət tullantılarının 1 kiloqramı 6,3 manata başa gələcək.

Mənbə: www.yeniavaz.com