Son 1 il ərzində Azərbaycan əhalisinin bank xidmətlərindən ən çox istifadə etdikləri banklar – TOP 10

Son 1 il ərzində Azərbaycan əhalisinin bank xidmətlərindən ən çox istifadə etdikləri banklar – TOP 10

Azərbaycan əhalisinin son bir ildə bank xidmətlərindən istifadəyə görə müraciət etdikləri banklar açıqlanıb.

Banker.az bu barədə Business İnsight şirkətinin araşdırmasına istinadən xəbər verir.

İlk yerdə Kapital bank siyahıya liderlik edir. Belə ki, bu bankda nağd kreditdən istifadə 9,8%, pul köçürmə 12,9%, kredit/taksit kartından istifadə 11,7%, debet kartdan istifadə isə 4,2% təşkil edir.

İkinci yerdə Unibank, 3-cü yerdə Azərbaycan Beynəlxalq Bankı, 4-cü yerdə AccessBank, 5-ci yerdə isə Bank of Baku yer tutur.

Digər TOP 10-luğa daxil olan banklara Bank Respublika, Rabitəbank, Expressbank , Turanbank, Yelo Bank daxildir.

Onu da qeyd edək ki, son 1 il ərzində bank xidmətindən istifadə etməyənlər 51.6% təşkil edir (ATM xidmətlərindən istifadə edənlər xaric)

Mənbə: banker.az