Millət vəkili: Əhalinin 1,4 milyardlıq əmanəti qorunmur

Millət vəkili: Əhalinin 1,4 milyardlıq əmanəti qorunmur

Millət vəkili Vüqar Bayramov əmanətlərin sığortalanması mexanizminin təkmillləşdirilməsi və bankların bu istiqamətdə məsuliyyət və öhdəliyinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili qlobal pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin olmasına baxmayaraq, 2019-cu ilin Azərbaycan üçün iqtisadi və sosial baxımdan yaddaqalan olduğunu vurğulayıb.

“Bank sektoru üzrə tövsiyələrimdən biri əmanətlərin sığortlanması mexaninzminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, 2019-cu ildə əhalinin 8.7 milyard manatlıq bank əmanətinin 84.0 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Bu müsbət hal olsa da, əhalinin banklardakı 1 milyard 392 milyon manatlıq əmanəti sığortalanmır və həmin pullar qorunmur. Bu baxımdan, əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi və bankların bu istiqamətdə məsuliyyət və öhdəliyinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədə uyğun olardı. Bank aktivlərin sığortalanması daxil olmaqla yeni mexanizmin hazırlanması və bankların cəlb etdiyi əmanətlər ilə bağlı öhdəliklərinin gücləndirilməsi tövsiyə olunur”, - o qeyd edib.

Mənbə: axar.az