Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur

Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur

Milli Sertifikt Xidmətləri Mərkəzi (MSXM) e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni istifadəçilər tərəfindən yükləməyi tövsiyə edir.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatınızın işlək olması üçün 2017-ci ilə aid olan bu sertifikat kompyuterə yüklənilməlidir.

Əks halda e-imza sertifikatından istifadə də problem yaranacaq.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikt Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatları bütün dövlət qurumlarında keçərlidir, onlayn sifariş etmək mümkündür, çatdırılma ödənişsizdir. Həmçinin, “elektron imza”dan istifadə tam pulsuzdur. Bir dəfə ödəniş edib əldə etməklə xidmət haqqı tutulmadan tam ödənişsiz 3 il müddətinə istifadə olunur.

Mənbə: apa.az