Fransanın İqtisadiyyat naziri: “500 milyard avro dəyərində böhran əleyhinə paket hazırlanır”

Fransanın İqtisadiyyat naziri: “500 milyard avro dəyərində böhran əleyhinə paket hazırlanır”

Avroqrup (Avrozonanın maliyyə nazirləri) koronavirusla bağlı yaranmış iqtisadi vəziyyətə cavab olaraq 500 milyard avro dəyərində böhran əleyhinə paketi razılaşdırıblar.

REAL xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat naziri Bryuno Le Mer məlumat verib.

“Avropa maliyyə nazirləri koronavirusa iqtisadi reaksiya barədə mükəmməl razılıq əldə ediblər. 500 milyard avro dərhal ayrılacaq” - deyə, nazir özünün “Twitter” hesabında məlumat yayıb.

Nazir əlavə edib ki, yaxın gələcəkdə Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün fond da yaradılacaq.

 

Mənbə: www.realtv.az