Məhəmməd Barkindo "OPEC" və qeyri "OPEC" nazirlərinin növbədənkənar vebinarında çıxış edib

Məhəmməd Barkindo "OPEC" və qeyri "OPEC" nazirlərinin növbədənkənar vebinarında çıxış edib

"OPEC"in baş katibi cənab Məhəmməd Sanusi Barkindo "OPEC" və qeyri "OPEC" nazirlərinin növbədənkənar vebinarında çıxış edib.

REAL xəbər verir ki, o, "Covid-19"un bir neçə ay ərzində yaratdığı məhdudiyyətlərdən, neft sənayesinə vurduğu zərbələrdən danışıb: "Vyanada bu ilin mart ayında görüşəndə ÜDM 2,4% idi. Bu gün ÜDM 1.1 % təşkil edir. Bu rəqəm 2008- 2009-cu illər böhranından da aşağıdır . Bunu düşünmək belə inanılmazdır. Neftin baza səbəti mart ayında 52,7 dollara düşmüşdü. Aprelin əvvəlində isə 70% düşmə müşahidə etdik. İndi görürük ki, xəzinələrimizə daxil olan gəlirlər azalıb. Bunu bəzi kontekslərə qoymaq üçün Bu gün biz neftin sutka ərzində hasilatının azalmasını gözləyirik. Axı bu sadəcə neft deyil fond və maliyyə bazarlarının taleydir. Opekin bu qərarı qlobal neft ehtiyatlarını may ayı üzrə qoruyub saxlamalıdır. Çünki qlobal neft ehtiyatının cari rüb üzrə istehlakının 15%-i buxarlanıb. Bu disbalansı təcili həll etmək lazımdır".

Cənab Barkindo sonda Uilyam Şekspirdən sitat gətirib: "Qoy səni qucaqlayım, mənim balam, müdriklər deyir ki, bu ən müdrik yoldur".

Baş katib bildirib ki, dövlətlər inklüziv və qarşılıqlı hörmətlə beynəlxalq prinsiplərə əsaslanaraq həmrəylik nümayiş etdirməlidir

Mənbə: www.realtv.az