Qızıl 69 dollara yaxın bahalaşdı

Qızıl 69 dollara yaxın bahalaşdı

Amerika fond bazarında "Dow Jones" indeksi 1,22% - 23 719,37 bəndədək, "S&P 500" indeksi 1,45% - 2 789,82 bəndədək, NASDAQ isə 0,77% - 8 153,58 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 2,90% - 5 842,66 bəndədək, Almaniya DAX-ı 2,24% - 10 564,74 bəndədək azalıb, Fransa CAC-40-ı isə 1,44% - 4 506,85 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 68,50 ABŞ dolları bahalaşaraq 1 752,80 dollara, gümüşün unsiyasının qiyməti isə 0,85 dollar artaraq 16,05 dollara satılıb.

Mənbə: finans.az