Nazirliyin 17 milyon manatlıq tenderlərini - BU ŞİRKƏTLƏR QAZANDI

Nazirliyin 17 milyon manatlıq tenderlərini - BU ŞİRKƏTLƏR QAZANDI

Təhsil Nazirliyi tədris vəsaitlərinin satınalınması üzrə elan etdiyi tenderlərin qalibləri bəlli olub.

FED.az xəbər verir ki, tenderlər 2020-2021-ci tədris ili üçün nəzərdə tutulmuş dərs vəsaitlərinin, metodik vəsaitlərin və sənəd və blankların poliqrafiya işlərinin satın alınması üzrə keçirilib. 8tender üçün bağlanmış müqavilələrin ümumi məbləği 17 milyon 87 min 170 manatdır.

Nazirlik:

"ASPOLİQRAF LTD" MMC ilə 2020-2021-ci tədris ilinə peşə ixtisasları üzrə dərsliklərin istehsalı üçün 419 min 130 manat;

"ŞƏRQ-QƏRB" ASC ilə Dövlət nümunəli təhsil sənədləri blanklarının və məktəb sənədlərinin istehsalı üçün 1 milyon 217 min 767 manat; təbiət fənləri üzrə dərslikləri üçün 1 milyon 498 min 265 manat; humanitar fənləri üzrə dərsliklərin istehsalı 4 milyon 351 min 35 manat;

"RADİUS” MMC ilə müəllim üçün metodik vəsaitlərin istehsalı üçün 1 milyon 48 min 975 manat;

"TƏHSİL" NƏŞRİYYAT POLİQRAFİYA MMC ilə ictimai fənləri üzrə dərsliklərin istehsalı üçün 3 milyon 496 min 207 manat;

"ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC ilə texniki fənləri üzrə dərsliklərin istehsalı üçün 4 milyon 88 min 754 manat; məktəbəhazırlıq proqramı üzrə dərsliklərin istehsalı üçün 997 min manat məbləğində müqavilə bağlayıb.

Mənbə: fed.az