Bu büdcə təşkilatı 44 minlik "Mazda" aldı

Bu büdcə təşkilatı 44 minlik "Mazda" aldı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəqliyyat vasitəsinin alınmasına 43 400 manat xərcləyəcək.

"Finans.az" dövlət satınalmaları reyestrinin məlumatlarına istinadən xəbər verir ki, büdcə təşkilatı "Rotary Motors" MMC ilə müvafiq satınalma müqaviləsi bağlayıb.

Xatırladaq ki, bir qədər əvvəl bu ali məktəb buraxılış ili 2019, rəngi-qara, yanacaq növü-benzin, mühərrikin həcmi 1496 sm (3), 120 A/G olan, avtomat ötürücü qutu ilə təchiz edilən "Mazda 3" sedan tipli minik avtomobilinin kotirovka sorğu üsulu ilə satın alınmasına dair elan verib.

Mənbə: finans.az