Avropa iqtisadiyyatına 540 milyard avro dəyərində dəstək veriləcək

Avropa iqtisadiyyatına 540 milyard avro dəyərində dəstək veriləcək

Avropa İttifaqının (Aİ) maliyyə nazirləri, tənəzzülün qarşısını almaq üçün iqtisadiyyata 540 milyard avro dəyərində dəstək vermək barədə ortaq razılığa gəliblər.

Banker.az bu barədə “Vesti.ru”ya istinafən xəbər verir.

“Bu gün biz üç təhlükəsizlik şəbəkəsi və bərpa planı barədə ortaq razılığa gəldik ki, böhranın öhdəsindən gələ bilək”, – Avroqrupun sədri və eyni zamanda Portuqaliyanın maliyyə naziri Mariu Sentenu bildirib.

“Üç şəbəkə” işçilər, sahibkarlar və hökumətlər üçün nəzərdə tutulub. Birinci kateqoriyaya 100 milyard avro vəsait ayrılacaq. Bu pul işsizliklə mübarizəyə, eləcə də iş yerlərinin saxlanmasına xərclənəcək. Bu məqsədlə SURE maliyyə aləti yaradılacaqdır.

Aİ-nın müəssisələrinə 200 milyard avro dəyərində olan kredit paketi təqdim ediləcəkdir. Qeyd edildiyi kimi, əsasən kiçik və orta sahibkarlara üstünlük veriləcək.

Və ən əsası – kredit xətlərin təmin edilməsi üçün hökumətə 220 milyard avro vəsait ayrılacaq. Bu pul pandemiyadan daha çox zərər çəkmiş ölkələrə paylanacaq.

Mənbə: banker.az