BVF bu ölkələrə yardımı iki dəfə artırır

BVF bu ölkələrə yardımı iki dəfə artırır

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası koronavirusun yayılması ilə əlaqədar ölkələrə fövqəladə maliyyə yardımının iki dəfə - 100 milyard dollara qədər artırılmasına razılıq verib.

Axar.az xəbər verir ki, bu məlumat BVF-nin rəsmi saytında yer alıb.

Maliyyələşmədən 90-dan çox ölkənin faydalanacağı vurğulanıb.

Qeyd edək ki, bundan öncə BVF yaydığı açıqlamada "Böyük depressiya" dönəmindən bu yana ən pis iqtisadi tənəzzülün yaşandığını bildirmişdi.

Mənbə: axar.az